Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində şagirdlər arasında bədii qiraət müsabiqəsi keçirilib. Sumqayıt24 bu haqda bu gün, 30 aprel tarixində xəbər verir.
Xan qızı Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş müsabiqə şəhərin Gənclər və İdman Baş İdarəsi və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Burada gənclər tərəfindən görkəmli şairəmizin qəzəlləri musiqilər fonunda səsləndirilib. Nəticədə, münsiflər heyətinin qərarına əsasən:
Ayxan Soltanlı 1-ci,
Mələk Namazova və Mələk Cəbrayılova 2-ci,
Sərmayə Mehrəliyeva, Nəzrin Nəbizadə və Həcər Həsənova isə 3-cü yerlərə layiq görülüblər.
Onlar Fəxri fərman və hədiyyələrlə təltif olunublar.