Sumqayıt-Yalama dəmir yolunun daha bir sahəsi istifadəyə verilib. Bu haqda “Azərbaycan Dəmir Yolları” QSC-nın rəsmi saytına istinadən xəbər veririk.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan bu dəmir yolunda yenidənqurma işləri daşımalarla bərabər aparılır. Yolun bir xətti yenidən qurularkən, digərində qatarlar hərəkət edir.
Bu sahə Sumqayıt-Yalama dəmir yolunun istifadəyə verilən sayca ikinci hissəsidir.