Sumqayıt-Yalama dəmiryol xəttində tikinti işlərinin 48 %-i yekunlaşıb. Sumqayıt24 bu barədə Report.az-a istinadən xəbər verir.
Abşeron yarımadasını respublikanın şimal sərhədi ilə birləşdirən dəmir yolunun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km-dır. Həmçinin əsas yolların uzunluğu 328,3 km, yan yolların uzunluğu 27 km, yoldəyişənlərin isə uzunluğu 7,5 km təşkil edir.
Bu günədək yolun 154,8 km-lik hissəsində yeni rels-şpal şəbəkəsi quraşdırılıb, dəmir yolunun 142,9 km-i ilkin hərəkətə açılıb.
Qeyd edək ki, bir xətt yenidən qurularkən digərində qatarlar hərəkət edir.