Sumqayıtda yanğın zamanı ailə evsiz qalıb. Bununla bağlı İcra Hakimiyyətindən açıqlama verilib. Bu haqda BakuTV-yə istinadən xəbər veririk.
Belə ki, Kimyaçılar qəsəbəsində İrina Əliyeva və yoldaşının yaşadığı ikiotaqlı mənzil yanaraq külə dönüb. Mənzildə olan əşyalardan əsər-əlamət qalmayıb. İrinanın yoldaşı isə yanıq xəsarətləri alıb.
Hazırda zərəçəkənlər qonşularının evində gecələyirlər.
Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, həmin şəxslərin problemi ilə bağlı rəsmi müraciət daxil olmayıb. Əgər ailə tərəfindən hər hansı yazılı müraciət daxil olarsa, məsələyə baxıla bilər.