Sumqayıt şəhərində yataqxanada yanğın baş verib. Bu barədə bu gün, 30 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, yanğın binanın 5-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 12 kv.m olan otağın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
Əraziyə gələn FHN-in əməkdaşları alovu söndürərək, qonşu otaqları yanğından mühafizə ediblər.