Sumqayıta yeni prokuror təyin olunub. Sumqayıt24 bu haqda 7 fevral tarixində Lent.az-a istinadən xəbər verir.
Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Sözügedən vəzifə baş ədliyyə müşaviri Mürvət Həsənova həvalə olunub. O, bu təyinatadək Bakı şəhər prokurorunun müavini kimi çalışıb.