Yolu keçən Sumqayıt sakinini avtobus vuraraq ağır xəsarət yetirib. Bu haqda bu gün, 19 yanvar tarixində "Report" məlumat yayıb.
Hadisə Corat qəsəbəsində baş verib. 34 yaşlı Nuridə İsgəndərova xəstəxanaya çatdırılıb. Yaralıya hər iki baldır sümüklərinin yerdəyişən qəlpəli sınıqları diaqnozları qoyulub. Qadının vəziyyəti ağırdır. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.