Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub. Sumqayıt24 bu haqda 25 fevral tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə bu gün gecə saatlarında qeydə alınıb. “KIA”nın sürücüsü idarəetməni itirərək avtomobilini “Nissan” markalı maşına çarpıb. Zərbənin gücündən “Nissan” yolun əks-istiqamətinə çevrilib. Həmin yoldan gələn “Mercedes” markalı avtomobil həmin “Nissan”a çarpılıb, “Mercedes Vito” mikroavtobusu isə “Mercedes”ə çarpılıb. Qəza zamanı mikroavtobusun sərnişini xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.