“Chevrolet” markalı avtomobil qəza törədib. Sumqayıt24 bu haqda 19 yanvar tarixində Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə 17 yanvar axşam Bakı-Sumqayıt yolunda baş verib. İddiaya əsasən, sürücü yüksək sürətə görə idarəetməni itirib. Nəticədə avtomobil anidən yoldan çıxaraq ayırıcı betonun üzərinə qalxıb.
Qəza zamanı sürücü yaralanıb, maşına isə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.