Bakı-Sumqayıt yolunda qəza baş verib. Sumqayıt24 bu haqda 9 mart tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə dünən axşam saatlarında qeydə alınıb. Aztutumlu sərnişin avtobusunun sürücüsü idarəetməni itirib. Nəticədə maşın yolun kənarına aşıb.
Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.
Xəsarət alan üç nəfər – 35 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 30 yaşlı kişi Respublika Neyrocərrahiyyə Xəstəxanasına, 25 yaşlı kişi isə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunublar.
Onlara zəruri tibbi xidmətlər göstərilib.