Bakı-Sumqayıt yolunda ağır qəza qeydə alınıb.
Apa.az-ın məlumatına görə, hadisə gecə saatlarında baş verib. Belə ki, “Lexus” markalı avtomobil yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçmək istəyən şəxsi vurub.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.