Bakı-Sumqayıt şosesində minik avtomobilinin sürücüsünün halı qəfil pisləşib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Hadisə gecə saatlarında Beynəlxalq Avtovağzalın qarşısında baş verib.
Ərazidə xidmət aparan yol polisi əməkdaşları sürücüyə dərhal zəruri yardım göstəriblər. Bu səbəbdən “Xırdalan" dairəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə olunub.