Sumqayıt Kimya Sənaye Parkının rezidenti “24-cü Özbəkistan UzBuild 2023” Beynəlxalq Tikinti Sərgisində təmsil olunur. Sumqayıt24 bu haqda 2 mart tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
“STP” MMC-nin “Assan STP Panel” zavodunun istehsal etdiyi dam və divar sendviç panellər və s. məhsullar “Made İn Azerbaijan” brendi ilə nümayiş etdirilir. Sərgi martın 3-də yekunlaşacaq.
Qeyd edək ki, ötən il tədbirdə 19 ölkədən 190-dan çox şirkət iştirak edib.