İyul ayının olmasına baxmayaraq Sumqayıt avtobuslarında hələ də kondisionerlər çalışmır. Sumqayıt24 bu haqda 2 iyul tarixində xəbər verir.
Belə ki, ötən ayın əvvəlində Sərnişindaşıma və Nəqliyyat İdarəsinin rəis müavini Tofiq Saydumov kondisionerlərin 15 iyundan etibarən qoşulacağını bildirmişdir. Lakin hazırda vəziyyət olduğu yerdə qalıb.
“Sistem işləmir, sınıqdır. Şikayətinizi “qaraja” bildirin”, - deyə sürücülər, onlara sualı verdikdə, cavablandırırlar.
Redaksiyamız problemlə bağlı sorğu keçirib. Sorğu iştirakçılarının böyük əksəriyyəti, yəni 95%-i mindikləri avtobuslarda soyutma sistmelərinin qoşulmadığını qeyd edib.