Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam yağış yağacağı gözlənilir. Gecəyə doğru yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 12-16°, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm-ə yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.