Sumqayıt şəhərində küçələrdən birinin vəziyyəti ilə bağlı sürücülərə xəbərdarlıq edilib.
Məlumata görə, bununla bağlı sosial şəbəkədə paylaşım olunub.
Bildirilib ki, Nəriman Nərimanov küçəsinin 14-cü məhəllədən keçən hissəsində piyadalar qarşı tərəfə keçmək üçün yol kənarındakı yaşıllıq ərazidən istifadə edirlər.
Qeyd olunub ki, sözügedən ərazidə ağacların sıx olması səbəbindən sürücülər orada dayanan piyadaları vaxtında görməyə bilərlər. Bu səbəbdən xüsusilə axşam və gecə saatlarında həmin ərazidə ehtiyatlı olmaq tövsiyə edilib.
Video: Oqtay 50