Noyabrın 5-i Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Sumqayıt İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Tullantıları tinglərə dəyiş" aksiyası keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, Sumqayıt şəhəri Dənizkənarı Bulvar ərazisində keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.
Qurum hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına və yaşıllıqların artırılmasına dəstək olmağa çağırır.