"Sumqayıt" serbiyalı futbolçu transfer edib.
Sumqayit24.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, klub 25 yaşlı vinger Aleksa Yankoviçi heyətinə qatıb.
Qeyd edək ki, onun müqaviləsinin detalları açıqlanmayıb.