Sumqayıtda bəzi marşrut xətlərində gediş haqqı 20 qəpik artıb. Bu barədə 2 fevral tarixində Sumqayıt24 xəbər verir.
Məlumata görə, Sumqayıtdan qəsəbələrə işləyən avtobusların tarifi 50 qəpik müəyyən edilib. Halbuki indiyədək qiymət 30 qəpik idi. Qanun 3 fevral tarixində qüvvəyə minəcək.
Xatırladaq ki, Bakı-Sumqayıt və şəhərdaxili marşrutlarda da gediş haqqı qalxıb.