Sumqayıt poliqonunda istehlaka yararsız qida məhsulları məhv edilib. Bu haqda 14 noyabr tarixində Sumqayıt24 Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat verir.
Proses “EkoSum” MMC-yə məxsus poliqonda icra edilib. Ümumi çəkisi 10 ton “Foodini” MMC-nin müxtəlif növ qida məhsulu utilizasiya edilib.