Sumqayıtda ağacəkmə aksiyası baş tutub. Sumqayıt24 bu barədə 22 noyabr tarixində Sumqayıt FK-ya istinadən xəbər verir.
Aksiya Sumqayıt Olimpiya İdman Kompleksinin ərazisində keçirilib. Burada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Sumqayıt Olimpiya İdman Kompleksinin rəhbəri Zeynəb Məmmədyarova, “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov, cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Pekin Yay Olimpiya Oyunlarının boks idman növü üzrə mükafatçısı Şahin İmranov və şəhərin idman ictimaiyyəti iştirak ediblər.
Qeyd edək ki, kompleks ərazisində 100-dən çox ağac tingi əkilib.