Sumqayıtda "Uşaqların sağlamlığının keşiyində" şüarı altında keçirilən aksiya başa çatıb. Sumqayıt24 bu haqda bu gün, 3 iyun tarixində şəhər Tibb Mərkəzinə istinadən xəbər verir.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə 3 gün davam edən aksiyada 3, 8 və 18 nömrəli məktəblərdə təhsil alan 150 ibtidai sinif şagirdi müayinə olunub.
Onlardan 35-də stomatoloji, 14-də oftalmoloji, 11-də isə pediatrik problemlərin olduğu bildirilib. Müalicəyə ehtiyacı olanlara müvafiq tibbi göstərişlər verilib.
Qeyd edək ki, müayinələr Sumqayıt Tibb Mərkəzinin 3 həkimi tərəfindən aparılıb.