Sumqayıt sakinləri mənzildə bağlı qapı arxasında qalıblar. Bu haqda bu gün, 28 may tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Məlumata əsasən, köməksiz qalan 2 şəxsin yardımına FHN-in xilasetmə qüvvələri cəlb edilib. Onlar vətəndaşlara müvafiq köməkliyi göstərib.