Sumqayıtda istehlaka yararsız və istifadə müddəti bitmiş 2200 kq süd məhsulları məhv edilib. Sumqayıt24 bu haqda bu gün, 5 aprel tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
“Camal LTD” MMC-yə aid həmin məhsullar “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda utilizasiya edilib.
Bir neçə gün öncə, həmin poliqonda 2 tona yaxın tullantı məhv edilmişdir.