Sumqayıtda daha bir uşaq ödənişsiz əməliyyat olunub. Sumqayıt24 bu haqda 23 iyun tarixində şəhər Tibb Mərkəzinə istinadən xəbər verir.
Əməliyyat Uşaq xəstəxanasında aparılıb. Dr. Rəfail Soltanov 2 yaşlı Onur Allahverdiyə icbari tibbi sığorta hesabına ureteroneosistostomiya əməliyyatını edib (sidik axarı reflyuksunda açıq əməliyyat) və hər iki böyrəyinə urospirallar taxıb.