Sumqayıtda "Tarix boyu yaşar, ölməz adınız" adlı ədəbi-bədii kompozisiya keçirilib. Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.
“20 yanvar” hüzn günü ilə bağlı anım tədbirləri silsiləsinə daxil olan kompozisiya Mərkəzi Uşaq Kitabxanasında təşkil olunub. Buraya gələn 38 nömrəli tam orta məktəbin 6c sinif şagirdləri təqdimatı izləyiblər.