Sumqayıt Tibb Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Bu barədə 19 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. STM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı çıxışında 20 Yanvar faciəsində Sumqayıt şəhərindən də ölən və yaralıların olduğunu bildirib. Qeyd edib ki, həmin gün Bakıda olan 2 Sumqayıt sakini şəhid olub, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Tədbir digər çıxışlarla müşayiət olunub.