Sumqayıt poliqonunda ümumi çəkisi 27.524 kq istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsulları məhv edilib. Sumqayıt24 bu barədə 26 dekabr tarixində AQTA-ya isinadən xəbər verir.
Utilizasiya prosesi “Təhlükəli Tullantılar” MMC-nin poliqonunda həyata keçirilib. “Panasam” MMC-yə məxsus 220 kq müxtəlif növ kolbasa məhsulu, “Klin-Pro” MMC-yə məxsus 54 kq yağ məhsulu, “Food Fish” MMC-yə məxsus 1260 kq dəniz məhsulu, “Fenix Trade” MMC-yə məxsus 270 kq dəniz məhsulu, “Aqro-Vest DC” MMC-yə məxsus 25.720 kq müxtəlif növ qida məhsulları məhv edilib.