Sumqayıtda evdə yanğın baş verib. Sumqayıt24 bu haqda 28 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 80 kv.m olan, bir dam altında bir-birinə bitişik tikilən, 3 ailəyə məxsus birmərtəbəli evin dam örtüyü 80 kv.m sahədə, 25 kv.m sahəli evin isə yanar konstruksiyaları və əşyaları yanıb.
Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb. Digər iki tikilinin qalan hissəsi mühafizə olunub.