Sumqayıtda 3 nəfər bağlı qapı arxasında qalıb. Sumqayıt24 bu barədə 24 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında, xilasetmə qüvvələri həmin ünvana yollanıblar. Onlar tərəfindən mənzilin qapısı açılıb və köməksiz qalan vətəndaşlara müvafiq köməklik göstərilib.