H.Z. Tağıyev qəsəbəsində 70 kv.m sahəli birmərtəbəli evdə yanğın olub. Sumqayıt24 bu haqda 13 mart tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə nəticəsində 3 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 20 kv.m sahədə yanıb. Əraziyə FHN-in əməkdaşları və texnikası cəlb ediliblər. Alovun qarşısı alınıb. Tikilinin qalan hissəsi mühafizə olunub.