“Türkaz Ticaret” MMC-nin şirniyyat məhsulu partiyası məhv edilib. Bu haqda bu gün, 6 may tarixində AQTA-ya istinadən xəbər veririk.
Məlumata əsasən, şirkət qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı Agentliyə müraciət edib. Götürülmüş nümunələrin aparılmış ekspertizası nəticəsində kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu müəyyən olunub.
Ümumi çəkisi 340 kq olan “Meliksakşah sultan” şirniyyat məhsulu partiyası “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.