Sülh prospektində və Sumqayıt şəhər bulvarında ağacəkmə aksiyası keçirilib. Sumqayıt24 bu haqda 14 mart tarixində xəbər verir.
Aksiya Yeni Azərbaycan Partiyası (YAP), İcra Hakimiyyəti və “Azərkimya” İB tərəfindən təşkil olunub. Sözügedən ərazilərdə 300-dən çox müxtəlif növ ağac əkilib, suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.