Sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyunun 1-i Sumqayıtda hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, mülayim şimal-qərb küləyi əsəcək.
Temperatur gecə 19-22°, gündüz 28-33° isti, atmosfer təzyiqi norma daxilində - 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45% təşkil edəcək.