Sumqayıtda alkoqolsuz içkilər, süd məhsulları, unlu-qənnadı məmulatları və digər məhsullar məhv edilib. Bu haqda bu gün, 25 may tarixində AQTA-ya istinadən xəbər veririk.
Məlumata əsasən, utilizasiya edilmiş 340 kq müxtəlif növ qida məhsulları “Market-İN” MMC-yə məxsus idi. Məhsullar “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.