"Təmiz Sumqayıt-Kənan" MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda 36.01 ton süd məhsulları məhv edilib. Bu barədə bu gün, 4 fevral tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, "Sun Food" MMC-nin müraciəti əsasında istifadə müddəti və istehlaka yararsız müxtəlif növ süd məhsulları utilizasiya edilib.
Daha öncə, həmin poliqonda "AZ FP CO LTD" MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş dondurma məhsulları utilizasiya edilmişdir.