“Təmiz Sumqayıt-Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhsullar məhv edilib. Sumqayıt24 bu haqda 2 noyabr tarixində Qida Təhlükəsizliyi Agenliyinə istinadən xəbər verir.
Burada “Qurman Plyus” MMC-yə məxsus 16.4 ton müxtəlif növ ət və süd məhsulları, “AZ FP CO LTD” MMC-yə məxsus 69 adda, 12 ton müxtəlif növ süd məhsulları, “Foodini” MMC-yə məxsus 10.1 ton müxtəlif növ istehlaka yararsız qida məhsulları utilizasiya edilib.