Sumqayıtda 2-si azyaşlı olmaqla 4 nəfər mənzildə köməksiz qalıb. Sumqayıt24 bu haqda 18 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə ilə bağlı "112" qaynar telefon xəttinə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri qapını açaraq vətəndaşlara köməklik göstəriblər.