G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Qida təhlükəsizliyi agentliyinin əməkdaşları Sumqayıtda monitorinq keçiriblər. Sumqayıt24 bu barədə 25 avqust tarixində Afsa.gov.az-a istinadən xəbər verir.
Nəticədə baytarlıq-sanitariya ekspertizası aparılmadan ət satışı və heyvan kəsimi həyata keçirilən məntəqələrin qanunsuz metal konstruksiyaları sökülüb. Həmin məntəqələr aşağıdakılardır:
- Sumqayıt Dəmiryol Stansiyasının yanı (sahibkar Əbdül Muradov);
- Sumqayıt Dəmiryol Stansiyasının yanı (sahibkar Ələkbər Süleymanov);
- Sumqayıt Dəmiryol Stansiyasının yanı (sahibkar Rasim Əstanov);
- Sumqayıt Dəmiryol Stansiyasının yanı ( sahibkar Asif Xuduyev);
- 11-ci mkr., bina 2B (sahibkar Vüsal Nəsirov).