Sumqayıtda qadın küçədə dünyasını dəyişib. Sumqayıt24 bu barədə 3 fevral tarixində Xeberle.com-a istinadən məlumat verir.
Dalandar çalışan 53 yaşlı İlhamə Məmmədova qəflətən küçədə ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Mərhumun ölüm səbəbi aparılan ekspertizadan sonra bəlli olacaq.