Sumqayıt Kimya Sənaye Parkında yüzlərlə iş yeri yaradılacaq. Sumqayıt24 bu haqda Azertag.az-a istinadən xəbər verir.
Bu il parkın nəzdində Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələrin istehsalı müəssisəsi, “AK Pack” MMC-nin Mat və parlaq ambalaj istehsalı müəssisəsi, "Novus Plastica" MMC-nin Polimer məhsullarının emalı müəssisəsi, “UPI - Universal Packing İndustry” QSC-nin Qablaşdırma məhsullarının (qofro karton, zərf, fayl və s.) istehsalı müəssisələri fəaliyyətə başlayacaq.
Ümumi investisiya həcmi 90 milyon manatdan çox olan bu müəssisələrdə 600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.