Sumqayıtda qadın meyiti tapılıb. Sumqayıt24 bu haqda bu gün, 28 mart tarixində Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yazır.
Nazirliyin "112" qaynar xəttinə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Çağırış ünvanına cəlb olunan xilasetmə qüvvələri qapını açıb və orada 65 yaşlı Rəhilə Seyfullayevanın cansız bədənini aşkar ediblər. Meyit aidiyyəti üzrə təhvil verilib.