Sumqayıtda cari tədris ili üçün respublika fənn olimpiadası keçirilib. Bu haqda Təhsil Şöbəsinin sosial şəbəkə hesabına istinadən xəbər veririk.
Yarımfinal turu 7 fənn üzrə General-mayor Polad Həşimov adına 28 nömrəli məktəbdə təşkil edilib. Şagirdlər 3 saat ərzində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə sualları cavablandırıblar.
Nəticələr www.portal.edu.az, www.olimpiada.edu.az saytlarında və iştirakçıların təhsil aldıqları müəssisələrdə 4 mart tarixindən etibarən elan olunacaq.