“Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus poliqonda 7 tona yaxın qida məhsulu məhv edilib. Bu haqda bu gün, 20 iyul tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 6632 kq məhsulu utilizasiya edilib.
Daha öncə, adıçəkilən şirkətin 3171.54 kq məhsulu məhv edilmişdi