Sumqayıt şəhərində küçələrə şəhidlərin adları verilib. Bu haqda 27 sentyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sərəncam imzalayıb. Sərəncama əsasən, 6 nəfər Birinci Qarabağ müharibəsi şəhidləridir və "Azərbaycan bayrağı" ordeni ilə təltif olunublar.
Adı əbədiləşdirilən 76 nəfər isə İkinci Qarabağ müharibəsi zamanı Vətənin azadlığı və bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlardır.
Bundan başqa, Sumqayıtdakı küçələrdən biri Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun adını daşıyır.