Sumqayıtda şagirdlərin 9-cu sinif üzrə verəcəkləri buraxılış imtahanının tarixi açıqlanıb. Bu haqda bu gün, 14 mart tarixində Dövlət İmtahan Mərkəzi xəbər yayıb.
Məlumata əsasən, şəhərimizdə keçiriləcək imtahan iki fərqli günə bölünüb. Belə ki, imtahanın 1-ci hissəsi 16 aprel, 2-ci hissəsi isə 23 aprel tarixlərində təşkil olunacaq.
Qeyd etdiyimiz tarixlərdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat imtahandan 10 gün əvvəl DİM-in saytında yerləşdirilən qrafikə əlavə ediləcək.