Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Yolu keçmək istəyən 9 yaşlı Fəqan Əhədlini "Toyota" markalı avtomobil vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.