Sumqayıtda genişmiqyaslı abadlıq işləri görüləcək. Sumqayıt24 bu haqda Report.az-a istinadən xəbər verir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İB-nin elan etdiyi açıq tenderə yekun vurulub. Tenderin qalibi "Azərenerji Təchizat" MMC olub. Küçə, prospekt və parklarda abadlıq işlərinin görülməsi üçün şirkətə 1,006 milyon manat ödəniləcək.