Sumqayıtda ağac aşma təhlükəsi ilə üzləşib.
Sumqayit24.az-a daxil olan məlumatda qeyd edilir ki, şəhərin 4-cü mikrorayon ərazisində ağac əyilərək yolun hərəkət hissəsinə düşmək üzrədir.
Şikayətçinin sözlərinə görə, əyilmiş ağac nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradır. Bununla belə, müvafiq qurumlar təhlükənin qarşısını almaq üçün hərəkətə keçmirlər. Ağac isə hazırda təhlükə mənbəyi olaraq qalmaqdadır.