Sumqayıtda ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Sumqayıt24 bu barədə 30 yanvar tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları nəzarət tədbirləri keçiriblər. Araşdırma zamanı Sumqayıt şəhərinin Polad Həşimov və Sülh küçələri ilə yanaşı, Bakı şəhərində, Füzuli və Lənkəran rayonları ərazisində də ağacların kəsildiyi və təbiətə ümumilikdə 27.270 manat məbləğində ziyan dəydiyi məlum olub.
“Faktlarla bağlı akt tərtib edilib və hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğuna göndərilib”.